AZ

Mahir Emreli son oyunda əvəzlənməsinə etiraz edib

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.

Bu barədə yerli "nn.de" saytı məlumat yayıb.

27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.

Nəşr Emrelinin bunun üçün instaqram hesabında post da paylaşdığı və daha sonra sildiyi də yazıb. Kolezi isə forvardın etirazına səssiz qalıb.

Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib, həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.

Mənbə: report.az

phrase_var_article.chosen
28
report.az

1phrase_var_article.sources