AZ

“Oskar” mükafıtına namizəd filmlərin adı açıqlandı

Dekabrın 17-də Kino Sənəti Akademiyası 10 kateqoriya üzrə “Oskar” namizədlərinin qısa siyahısını dərc edib.

KONKRET.az xəbər verir ki,  “Ən yaxşı xarici bədii film” nominasiyasına 15 film qalib adı uğrunda yarışır.  Onların arasında braziliyalı rejissor Valter Salesin “Mən hələ də buradayam”, kanadalı rejissor Metyu Rankinin “Universal dil”, fransız Jak Audiardın “Emiliya Peres”, danimarkalı rejissor Maqnusun “İynəli qız” filmi var. Çex rejissoru Jiri Madinin “Dalğalar”, island Baltasar Kormakurun “Toxunma”, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Latviya, Norveç, Fələstin, Tailand, Seneqal filmləri də Oskara namizədlər siyahısındadır.

97-ci “Oskar” mükafatlandırma mərasimi 2025-ci il martın 2-də baş tutacaq. Tədbirin aparıcısı isə amerikalı  komediya ustası Konan O’Brayen olacaq.

Vəli Həsənov,

KONKRET.az

phrase_var_article.chosen
21
konkret.az

1phrase_var_article.sources