AZ

Kapital Bank: "Bu il 200 min kiberhücumun qarşısını almışıq"

"Bu il ərzində "Kapital Bank"ın 140 min müştərisinin kart hesablarını oğurlamaq üçün kiberhücum cəhdləri olub". 

Valyuta.az xəbər verir ki, bunu “Kapital Bank”ın Baş Risk İnzibatçısı Cavid Mirzəyev Kapital Bankın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müştərilərin kart məlumatlarını oğurlamaq üçün 200 mindən çox kiberhücumlar olub və onun qarşısı alınıb. Bu hücumlar ötən illə müqayisədə iki dəfə çoxdur.

"Müştərilərin məlumatlarını oğurlamağa çalışan 100-dən çox müxtəlif saxta saytlarını, 1000-dən çox saxta sosial şəbəkə hesablarını bağlatmağa nail olmuşuq" - deyə, o, vurğulayıb.

Əvəz Həsənov

phrase_var_article.chosen
22
valyuta.az

1phrase_var_article.sources