AZ

“Azpetrol LTD”-ni nə qədər cərimə gözləyir?

“Azpetrol LTD” ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Azpetrol” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Azpetrol LTD” ilə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 27 dekabr tarixində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Azpetrol LTD” şirkətinin Baş direktoru Ceyhun Məmmədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
16
tribunainfo.az

1Mənbələr