“Real” Qitələrarası Kubokun qalibi olub.
Futbolpress.az xəbər verir ki, “kral klubu” həlledici görüşdə Meksikanın “Paçuka” klubunu məğlub edib – 3:0.
Bu, italiyalı mütəxəssis Karlo Ançelottinin “Real”dakı 15-ci kuboku olub. Karlo Madrid təmsilçisi ilə ən çox kubok qazanan məşqçi adını qazanıb.
Bundan əvvəlki rekordçu 14 titulla Migel Munyos idi.