Böyük Britaniya Ukraynaya 225 milyon funt sterlinq (təxminən 280 milyon dollar) dəyərində əlavə silah göndərəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, yeni yardım paketinə silahlar, o cümlədən kiçik qayıqlar, kəşfiyyat PUA-ları, gəzinti sursatları və pilotsuz suüstü gəmilər daxildir.
Yardım çərçivəsində 68 milyon funt sterlinqə hava hücumundan müdafiə avadanlıqlarının, o cümlədən radarlar, yerüstü hədəflər və İHA əleyhinə radar sistemlərinin alınması nəzərdə tutulub. 26 milyon funt-sterlinq əvvəllər tədarük edilmiş avadanlıqların ehtiyat hissələrinin tədarükünə, 39 milyon funt-sterlinq isə pilotsuz təyyarələrə qarşı 1 mindən çox elektron müharibə sisteminə, respiratorların alınmasına və Ukrayna Silahlı Qüvvələrinin müdafiə imkanlarının artırılmasına sərf olunacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Kiyevə yeni silahların verilməsinin cəbhədəki vəziyyəti dəyişməyəcəyini, ancaq münaqişənin uzanmasına gətirib çıxaracağını açıqlayıb.
Gülşən Şərif