AZ

Latviya Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimini uzadıb

Latviya Nazirlər Kabineti Belarusla sərhəddə gücləndirilmiş nəzarət rejimini 2025-ci il iyunun 30-dək uzadılması barədə qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Latviya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.

Qeyd edək ki, 2023-cü il avqustun 9-dan Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.

Seçilən
8
operativmedia.az

1Mənbələr