Abşeronda avtomobilin vurduğu 46 yaşlı piyada xəstəxanada ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədov yolu keçərkən onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Teleqraf.com