AZ

FED zərər etdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini endirərək yeni məlumatları nəzərdən keçirəcək.

ABŞ Federal Ehtiyat Sistemi (FED), gözlənildiyi kimi, pul-kredit siyasətini (PKS) yumşaltmağa davam edib. Bu ilin sonuncu iclasının nəticələrinə əsasən, faiz dərəcəsi 25 baza bəndi endirilərək 4,25–4,75 illik faiz aralığına gətirilib.

FED bu qərarını ABŞ-da inflyasiya hədəfinə çatmaqda əldə edilən irəliləyişlə əsaslandırıb. Bununla belə, artan risklər və ABŞ iqtisadiyyatının daha aktiv böyüməsini nəzərə alaraq, FED-in yanvar ayında PKS-ni yumşaltmağa fasilə verəcəyi ehtimal olunur.

Gələcəkdə faiz dərəcəsinin dəyişiklik trayektoriyası əsasən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçkiqabağı iqtisadi vədlərinin nə dərəcədə və hansı sürətlə yerinə yetirilməsinə bağlı olacaq.

Seçilən
26
kommersant.az

1Mənbələr