AZ

Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin dövlət katibi Antoni Blinken sensasiyalı bəyanat verərək, Vaşinqtonun son 20 il ərzində İranda hakimiyyəti dəyişdirmək üçün uğursuz cəhdlərindən danışıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti" xəbər verib.
Onun sözlərinə görə, ABŞ İran əhalisini dəstəkləmək üçün əhəmiyyətli vəsait sərf edib və bununla ölkənin daxili siyasi vəziyyətinə təsir göstərməyə ümid edib. Lakin ölkədən kənarda olmaq bu işi çətinləşdirib və cəhdlər uğursuz olub.
Blinken, həmçinin qeyd edib ki, kənardan nəyisə layihələndirmək cəhdlərinə ehtiyatla yanaşmaq lazımdır.
O, hazırda Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin tamamilə olmadığını vurğulayıb.
Xatırladaq ki, dekabrın 12-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibə ehtimalını istisna etməyib.
Seçilən
51
50
oxu.az

10Mənbələr