Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Hərbi Hava Qüvvələri Yəmən ərazisinə kütləvi zərbələr endirib.
Bu barədə "Al Arabiya" telekanalı məlumat verib. Hücumda onlarla qırıcının iştirak etdiyi bildirilir.
Yəmənin "Ənsar Allah" təşkilatından olan husilərə məxsus "Al Masirah" telekanalı Səna şəhərindəki iki elektrik stansiyasının bombardman edildiyini xəbər verib. Stansiyaların biri alovlara bürünüb, ikincisini isə söndürmək mümkün olub.
Bundan başqa, Hudeyda limanı və əl Hudeyda vilayətini Ras-İsa rayonunda yerləşən neft obyekti vurulub.
"Al Masirah" telakanalının məlumatına görə, İsrailin Yəmənə zərbələri nəticəsində azı 9 nəfər həlak olub.
Hürr Tərcüman