AZ

Gerasimovun şişirtməsi... - Rusiya bu il nə qədər ərazi işğal edib?

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov son açıqalmasında 2024-cü ildə Rusiya ordusu tərəfindən işğal olunmuş Ukrayna əraziləri ilə bağlı məlumatları xeyli şişirdib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir: “Rusiya Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov 2024-cü ildə Rusiyanın ərazi nailiyyətləri ilə bağlı iddia edilən statistik məlumatları əhəmiyyətli dərəcədə şişirdib”.

Dekabrın 18-də Gerasimov deyib ki, rus qoşunları 2024-cü ildə təxminən 4500 kvadrat kilometr ərazini ələ keçirib. Bununla belə, ISW başa çatmaq üzrə olan il ərzində cəmi 3306 kvadrat kilometr ərazinin işğal olunduğunu bildirir.

Rusiyanın böyük texnika və canlı qüvvə itkisini nəzərə almaqla qeyd edək ki, bu ərazi cəmi təxminən Azərbaycanın 30 il ərzində işğa altında olan Kəlbəcər və Füzuli rayonlarının birgə ərazisi boydadır.

“AzPolitika.info”

Seçilən
1
azpolitika.info

1Mənbələr