AZ

Blinken: "Suriyanın dağılma, parçalanma riski hələ də var" 

ABŞ dövlət katibi Entoni Blinken Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Yorkda Xarici Əlaqələr Şurasının  konfrans zalında ABŞ-ın xarici siyasəti ilə bağlı sualları cavablandıran Blinken Suriyadakı rejim dəyişikliyi ilə bağlı suialları cavablandırıb.

O rejim dəyişikliyindən sonra ortaya narahatedici sualların çıxdığını deyib: “İndi əsas sual budur ki, Suriya xalqı bu tarixi məqamdan yararlana, ölkəsini daha yaxşı yola sala və bir diktator, xarici güc, terror təşkilatı, sekta və ya azlıq tərəfindən idarə olunmamaq üçün bu fürsətdən istifadə edə bilərmi? Məncə, günün əsas mövzusu bunlardır. Biz Suriya və onun bütün təbəqələrin azad və rahat ölkədə yaşaması üçün səylərimizi davam etdiririk".

Bəşər Əsədin Suriyadan qovulduğunu tarixi reallıq olduğunui vurğulayan Blinken bildirib ki, iindi hər kəs Suriyada həyatın normala dönməsinə çalışmalıdır: "Suriyanın gələcəyi ilə bağlı bir neçə gün əvvəl İordaniyada Türkiyə, İordaniya, Misir, Körfəz ölkələri, İraq və bəzi Avropalı tərəfdaşlarımızı bir araya gətirdik. Suriyadakı gələcəyə dair gözləntilərimiz ortaya qoyduq. Buna paralel olaraq, Suriyadakı müxalif qrupların lideri olan Heyət Təhrir Şam (HTS) başda olmaqla, bütün yeni yaranan qruplarla qarşılıqlı əlaqədə yaratmışıq. Suriyanın dağılma, parçalanma riski hələ də var. Bu bölgədə çox gərigin nəticələr verə bilər. Üstəlik, İŞİD təhlükəsi var. Biz onun yenidən dirçəlməməsi üçü hər şeyi edirik. Düşünürəm ki, gördüyümüz işlər Donald Trampın Suriyada İŞİD-in yenidən ayaqlanmasının  qarşısını almaq üçün güclü stimul olacaq”.

Lamiyə Əhmədlıi
MİA.AZ

phrase_var_article.chosen
33
2
mia.az

3phrase_var_article.sources