Fransa Liqa 1-in 16-cı turunda “Monako” ilə PSJ üz-üzə gəlib. PSJ səfər matçından 4:2 hesablı qələbə ilə ayrılsa da, Canluici Donnarummanın zədələnməsi qarşılaşmaya damğa vurub.
Fanat.Az xəbər verir ki, matçın əvvəlində “Monako”nun futbolçusu Vilfrid Sinqo qapıçı ilə üzbəüz vəziyyətdə topa müdaxilə etməyə çalışarkən butsları ilə Donnarummanın üzünə zərbə endirib.
Ulduz qolkiperin üzündə yaranan kəsik səbəbindən o, oyunu davam etdirə bilməyib. Donnarummanın üzünə tikiş qoyulduğu bildirilib. Həmin epizodda hakimin susması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu arada, Paris klubu Canluicinin son durumu ilə bağlı açıqlama yayıb:
“Donnarumma bir neçə yara alıb və üz travması keçirib. Sabah (bu gün) tibbi müayinədən keçəcək və bir neçə gün yaşıl meydanlardan uzaq qalacaq.”
Qeyd edək ki, PSJ 3 xalı Dezire Due, Osman Dembele (2) və Qonsalo Ramosun vurduğu qollar sayəsində qazanıb.
Rafael