AZ

Azərbaycanda alüminium istehsalı və idxalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 57 624,2 tonalüminium məmulatları istehsalı edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 976,6ton (49,1%) çoxdur. Cari ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazırməhsul ehtiyatı 2 954,3 ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 11 ayındaAzərbaycanda 182 milyon 689 min ABŞ dolları dəyərində 67 712 tonalüminium və ondan hazırlanan məmulatlarixrac olunub. Bu, ötən ilineyni dövrünə nisbətən dəyər ifadəsində 2 milyon 669 min ABŞ dolları(1,5%) çox, həcm ifadəsində isə 945 ton (1,3%) azdır.

11 ayda ayda alüminium və ondan hazırlanan məmulatların ixracıölkənin ümumi ixracının 0,75%-ni təşkil edib.

Eyni zamanda cari ilin ilk 11 ayında Azərbaycanda 158 milyon 563min ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlaridxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29milyon 684 min ABŞ dolları (23,03%) çoxdur.

11 ayda alüminium və ondan hazırlanan məmulatların idxalıölkənin ümumi idxalının 0,84%-ni təşkil edib.

Seçilən
25
1
az.trend.az

2Mənbələr