Bakı.Trend:
Son altı ildə 609 min əmək müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, bunuAzərbaycan Karyera İnkişaf Forumu 2024-də AzərbaycanRespublikasının əmək və əhalinin sosial müdafiə naziri SahilBabayev deyib.
O bildirib ki, bunun əsas hissəsi özəl şirkətlərin payına düşür:“Biz altı ildə 1,8 mln vətəndaşa xidmət göstərmişik. HazırdaQarabağda və Şərqi Zəngəzurda işlər aparılır”.
Nazir onu da qeyd edib ki, hazırda nazirliyin göstərdiyixidmətlərin 90% elektronlaşıb.
“Bu gün 600 milyon dəfədən çox elektron xidmətlərdən istifadəedilib. Bu böyük göstəricidir. Biz tam elektronlaşmış əməkmüqaviləsinə keçməliyik. Hazırda bir milyondan artıq şəxs elektronmüqaviləyə keçid edib”, - deyə o qeyd edib.