AZ

“Ziraat Bank Azərbaycan”da vaxtı keçmiş kreditlərin həcmi 76 milyon manata çatdı

“Ziraat Bank Azərbaycan”ın bu ilin 9 ayında vaxtı keçmiş kreditlərinin həcmi 75 milyon 246 min manat olub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 86,7% və ya 34 milyon 952 min manat çoxdur. 

2023-cü ildə bankın vaxtı keçmiş kreditlərinin həcmi 40 milyon 294 min manat təşkil edib. 

Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 804,957 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1% çoxdur. 

Bunun 433,916 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 24% böyüyüb.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Nara

Seçilən
28
2
valyuta.az

3Mənbələr