AZ

On bir ayda 141 min müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Bakı, 19 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 512 min şəxsə sosial müavinət, 402 min şəxsə isə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 989 milyon manat, Prezident təqaüdləri üzrə 632 milyon manat ödənilib.

Cari ilin 11 ayında 141 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 711 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
4
4
azertag.az

2Mənbələr