AZ

ABŞ dövlət katibi: "İranda 20 il iqtidar dəyişikliyi cəhdlərimiz fayda vermədi..." - "Tehranla hələ də danışıqlar imkanı var"

"İranda 20 il iqtidar dəyişikliyi cəhdlərimiz fayda vermədi...".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözıri Nyu-Yorkda Xarici Əlaqələr Şurasının konfransında sualları cavablandıran ABŞ dövlət katibi Blinken deyib.

O, dolayısı ilə etiraf edib ki, son 20 ildə İranda iqtidarı dəyişmək cəhdləri olub: “Son 20 ilə nəzər saldıqda, rejim dəyişikliyi ilə bağlı təcrübələrimizin uğur qazanmadığını görürük".

Blinken İranla dialoq yolunun hələə tükənmədiyini də sözlərinə əlavə edib: "İran nüvə silahı istehsalı niyyətindən birmənalı imtina etməlidir. Əlbəttə, bölgədə yaranan fərqli vəziyyət və bəzi müdafiə xətlərini itirmək onlara bu silahı daha tez istehdsal etməyə sövq edir. Ancaq hesab edirəm, bizim İranla bu mövzuda danışıqlar ehtimalı qalır..."

Lamiyə Əhmədlıi
MİA.AZ

phrase_var_article.chosen
35
1
mia.az

2phrase_var_article.sources