Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə səfər edib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, səfər zamanı Ərdoğanı Türkiyənin ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşaiət edib.
Bildirilir ki, Ərdoğan Türkiyənin də daxil olduğu səkkiz inkişaf etməkdə olan ölkənin D8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Məlumata görə, Qahirədə keçiriləcək sammitdə regional və qlobal məsələlərlə yanaşı, iqtisadi əlaqələr də müzakirə olunacaq.
Daşqın HəsənovMissiya.Az