AZ

Ərdoğan Misirə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının iclasında iştirak etmək üçün Misirə yola düşüb.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri eyni zamanda Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.
Məlumata Ərdoğanla bərabər, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, ticarət naziri Ömər Bolat, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da Misirə gedib.

phrase_var_article.chosen
27
3
bolge.tv

4phrase_var_article.sources