AZ

Kirayə yolu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Dövlət Fondu 139 milyon manatlıq yaşayış sahələri alır

Bakı. Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu(İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayışsahələrinin alınması ilə bağlı bir neçə müddət əvvəl başladığı hazırlıq işlərini yekunlaşdırıb.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Belə ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə40 min kvadrat metr həcmində yaşayış sahələri alacaq.

Qeyd olunub ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayışsahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (NazirlərKabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilətəsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrəzonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə)həyata keçiriləcək.

Məlumata görə, Fond yaşayış sahələrinin alınması ilə bağlıişlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud MəsuliyyətliCəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 138.800.096 AZN (138milyon 800 min 96 manat) olan müqavilə bağlayıb.

Satın alınacaq yaşayış sahələrinə dair tələbləri təqdimedirik:

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya binakompleksində) yerləşməlidir, fərqli bina (və ya binakomplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yolverilmir;
Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyəthüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışvə ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədəreyestrdən çıxarış əsasında təqdim edilməlidir;
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimalsayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayışsahələri binada (və ya bina kompleksində) yerləşən mənzillərolmalıdır;
Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaqyaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binasıolmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşaedilməlidir və s.

Yaşayış sahəsinə dair digər tələblərlə bu linkə keçid edərək tanış ola bilərsiniz.

Qeyd edək ki, İKZF-nin müqavilə bağladığı "Körpü-Bina-Tikinti"MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdiloğludur.

phrase_var_article.chosen
25
3
az.trend.az

5phrase_var_article.sources