AZ

"2024-cü ilin yekununda Bankımızın xalis mənfəətinin 240–250 milyon manat civarında olacağını gözləyirik"

"2024-cü ilin sonunda "Kapital Bank"ın xalis mənfətinin 240 – 250 milyon manat civarında olacağını gözləyirik".

Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2024-cü ilin 10 ayı ərzində Bankın xalis mənfəəti 206 milyon manat təşkil edib.

Xatırladaq ki, "Kapital Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 166 milyon 73 min manat xalis mənfəət ilə başa vurub.

phrase_var_article.chosen
16
2
marja.az

3phrase_var_article.sources