"Mən devalvasiya sözünü istifadə etmək istəmirəm, məzənnənin dəyişməsi belə Azərbaycan üçün lazım olmayan bir alətdir".
Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
Bankın sədri, "Düşünürəm ki, qısa, orta və uzun müddətdə Azərbaycanda Dolların məzənnəsi stabil qalacaq", - əlavə edib.
Qeyd edək ki, "Kapital Bank" ASC 10 milyard manatdan çox məbləğdə cəmi aktivləri ilə Azərbaycanın 3 iri bankınan biridir.