AZ

Fındıq ixracı gəlirləri artıb - ORTA İXRAC QİYMƏTİNDƏ 21,6% ARTIM

2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan dəyəri 115 milyon 892 min dollar həcmində 18 min 262 ton fındıq ixracı baş tutub.

11 ayda pambıq lifi ixracından əldə olunan gəlirlər 53% artıb - RƏQƏMLƏR

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 364 min dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 3 min 121 ton, başqa sözlə 14,6% azalıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 111 milyon 528 min dollar dəyərində 21 min 383 ton fındıq ixrac olunmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi fındığın 1  kiloqramının orta ixrac qiyməti 10 manat 78 qəpik  olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 86 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 92 qəpik  və ya 21,6% artım deməkdir.

Bu il ümumi ixracının 0,48%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,75%-i fındığın payına düşüb.

Seçilən
22
fed.az

1Mənbələr