AZ

İran Musiqi Evi hökumətin sənətçilərə və qadınlara qarşı qadağalarını tənqid edib

İran Musiqi Evi ölkədə konsertlərin ləğvi, qadınların fəaliyyətinə qadağa qoyulması və sənətçilərin həbsini tənqid edən bəyanat yayaraq, hökumət idarələrindən lisenziya almaq üçün uzun və əsassız proses, eləcə də lazımsız sorğulara etiraz edib. Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verib.

İran Musiqi Evi uzun vaxt tələb edən prosesləri vaxt itkisi hesab edib və bunu sənətçilərə qarşı əziyyət kimi qiymətləndirib.

Qeyd edək ki, son olaraq, İranda qadın müğənni Pərəstu Əhmədi məcburi hicaba qarşı çıxaraq konsert verdiyi üçün saxlanılmışdı. Sənətçi bir gün həbsdə tutulduqdan sonra sərbəst buraxılıb.

visiontv.az



Seçilən
21
visiontv.az

1Mənbələr