Süni intellektlə dəstəklənən söhbət təcrübəsi artıq “WhatsApp”a gəlib.

İndex.az xəbər verir ki, “OpenAI” açıqlamasında “ChatGPT”ni “WhatsApp”a gətirməkdə məqsədin süni ümumi intellekti bütün bəşəriyyət üçün faydalı etmək və onu mümkün qədər əlçatan etmək olduğunu deyib.

İlk baxışdan bu faydalı xüsusiyyət kimi görünməsə də, internetin çox məhdud olduğu bölgələrdə “WhatsApp” vasitəsilə “ChatGPT”ə daxil olmaq çox vacibdir.

“OpenAI” təkcə öz çatbotunu “Meta”nın mesajlaşma proqramına gətirmir. Yenə eyni nömrədən – hələlik yalnız ABŞ istifadəçiləri – çatbot ilə ayda cəmi 15 dəqiqə səsli zənglər etmək olar. Bunun üçün əslində “WhatsApp2a ehtiyacınız yoxdur, sadəcə olaraq istənilən telefondan nömrəni yığmaq kifayətdir.