AZ

Fransa klubunun müdafiəçisi zədələdiyi rəqibindən üzr istəyib

Fransanın "Monako" klubunun müdafiəçisi Vilfrid Sinqo PSJ-nin qapıçısı Canluici Donnarummanı zədələdiyi üçün üzr istəyib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, hadisə Fransa Liqa 1-in XVI turunda komandalar arasında baş tutan matçın 20-ci dəqiqəsində baş verib.

V.Sinqo ilə toqquşmadan sonra qolkper üzündən ciddi zədə alıb. Onun yarasına tikişlər qoyulub.

23 yaşlı futbolçu rəqibini bilərəkdən zədələmədiyini söyləyib və onun tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, "Monako" - PSJ görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə bitib.

phrase_var_article.chosen
19
far.az

1phrase_var_article.sources