AZ

Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri hərraca çıxarılır

Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, hərrac 25 dekabr 2024-cü il tarixində saat 11:30-da keçiriləcək.

Nəqliyyat vasitələri 3-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Söhbət ümumi dəyərləri 50 min manata yaxın olan 3 nəqliyyat vasitəsindən gedir. Hərracda nəqliyyat vasitələrinin 10%-i qədər beh tələb edilir. Beh Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına köçürülməlidir. Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
21
teleqraf.com

1phrase_var_article.sources