AZ

Körpələr evindən oğurluqda ittiham olunan keçmiş baş həkim DSX hospitalında İŞƏ DÜZƏLİB?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün mətbuatda Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi işləmiş və körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittiham olunan Nəhayət Əliyevanın Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında işə başlaması ilə bağlı məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, məlumatda Nəhayət Əliyevanın bacısı Yeganə Əliyevanın DSX Hərbi Hospitalının Ginekologiya Şöbəsinin rəisi olması vurğulanıb.
Məsələ ilə bağlı DSX-yə sorğu ünvanladıq.
Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq yayılan məlumatın əsassız olduğu bildirilib.
"Nəhayət Əliyeva adında şəxs DSX-nin sistemində yoxdur və Hərbi Hospitalda işləmir", - deyə rəsmi açıqlamada bildirilib.
Əzizə İsmayılova
Seçilən
29
4
oxu.az

5Mənbələr