AZ

"Bir Kart" BOKT-ın 2026-ci ildənmənfəət əldə etməyə başlayacağı gözlənilir

"Kapital Bank" ASC 100% törəmə təşklatı olan "Bir Kart" Bank Olmayan Kredit Təşkilatının 2026-ci ildə xalis mənfəət ilə fəaliyyət göstərəməyə başlayacağını  gözləyir.

Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edilib ki, "Kapital Bank" ASC "Bir Kart" vasitəsilə "PASHA Pay" (PAŞA Pey, m10 brendi) şirkətinin 100% sahibidir. Bank tərəfindən  "Bir Kart" BOKT-un nizamnamə kapitalına sərmayələri əsasən "PASHA Pay" şirkətinin inkişaf etdirilməsinə yöndəldilib.

"Bu yatırımlar uzunmüddətli investisiyalardır. Biz 2026-cı ildən başqlayaraq bu layihənin mənfəət gətirməyə başlayacağını gözləyirik. Qeyd edim ki, "Birkart" BOKT MMC-nin ötən illərdəki xalis zəriri gözlənilməz deyil, öncədən nəzərdə tutulan zərərdir",- Emin Məmmədov deyib

Qeyd edək ki,"Birkart" BOKT MMC 2023-cü ili 117 min 278 manat xalis zərər ilə başa vurub. "Bir Kart" BOKT-ın əsas əməliyyat gəlirləri 2022-ci ildə 20 min 66 manat ikən, 2023-cü ildə 2 min 3 manata düşüb (10 dəfədən çox azalıb). Eyni zamanda, "Kapital Bank" ASC bu kredit təşkilatına investisiya yatırmaqda davam edir.. Bu yaxınlarda “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 85 milyon manata qaldırılıb.

phrase_var_article.chosen
16
marja.az

1phrase_var_article.sources