AZ

"Kapital Bank"ın sədri: 2024-cü il üzrə 240 – 250 mln. manat xalis mənfəət proqnozlaşdırırıq

2024-cü ilin sonuna "Kapital Bank"ın xalis mənfətini 240 – 250 milyon manat civarında proqnozlaşdırırıq.

APA-Economics” xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2024-cü ilin 10 ayı ərzində Bankın xalis mənfəəti 206 milyon manat təşkil edib.

Emin Məmmədov əlavə edib ki, bankın kredit portfeli bu ilin ilk 10 ayında 5,4 mlrd. manat civarında olub. İlin sonuna bu rəqəm 5,5-5,6 mlrd. manat civarında gözlənilir. Həmçinin, cəmi öhdəliklər 7,2 mlrd. manat həcmində gözlənilir.

phrase_var_article.chosen
33
1
apa.az

3phrase_var_article.sources