AZ

Sudan Aİ-nın sanksiya qərarını pisləyir

Sudan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bir ordu komandirinə qarşı sanksiyasını ədalətsiz və əsassız hesab etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Sudan Avropa İttifaqının bir ordu komandirinə qarşı sanksiya qərarını \"ədalətsiz və əsassız bəhanələrə əsaslandığını\" əsas gətirərək qınayıb.

Sudan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, \"Aİ-nın ədalətsiz və əsassız bəhanələrlə silahlı qüvvələr komandanına qarşı sanksiya qərarını qınayırıq\". ifadələrdən istifadə edilmişdir.

Bəyanatda bu \"ədalətsiz” qərar \"Aİ-nın Sudan xalqı, dövlət və milli qurumlarının məruz qaldığı müharibəyə qeyri-adekvat yanaşmasının davamı” olaraq qiymətləndirilib və AB-dən bu qərardan imtina etməsi istənilib.

Qeyd edək ki, dekabrın 16-da Avropa İttifaqı 4 Sudan vətəndaşını \"ölkənin sülh, sabitlik və təhlükəsizliyini təhdid etdiyini və insan haqlarının pozulmasına görə məsuliyyət daşıdığını” əsas gətirərək sanksiya siyahısına daxil edib.
 
Gülay


phrase_var_article.chosen
20
azxeber.com

1phrase_var_article.sources