"Real"ın hücumçusu Kilian Mbappe qitələrarası kubokun finalında "Paçuka" ilə qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Publika.az xəbər verir ki, 25 yaşlı fransız son 10 ildə Madrid klubu ilk iki finalda qol vuran üçüncü oyunçu olub. O, Qaret Beyl (2014) və Marko Asensionun (2017) nailiyyətlərini təkrarlayıb. Bu barədə "Opta" məlumat yayıb.
Qitələrarası kubokun finalında "Paçuka"nı 3:0 hesabı ilə məğlub edən "Real" 4 dəfə kubokun sahibi olub.
Qeyd edək ki, Mbappe bu yaydan “Los Blankos”da çıxış edir.