AZ

“Aİ missiyası Ermənistanı tərk etməlidir” - Açıqlama


“Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı mühüm irəliləyiş əldə edilib. Ancaq hazırda bu irəliləyiş yekun sazişi imzalamaq üçün kifayət deyil. Çünki ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi və eyni zamanda Avropa İttifaqının bölgədəki mülki missiyasının Ermənistan ərazisini tərk etməsi rəsmi Bakı tərəfindən səsləndirilən tələblərdir və hələ yerinə yetirilməyib".

Bu fikirləri Bakupost.az -a politoloq İlyas Hüseynov bildirib.




O qeyd edib ki, sülh müqaviləsi imzalanacaqsa, Aİ missiyasının Ermənistan ərazisində qalmasına ehtiyac yoxdur. Çünki tərəflər bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməyəcək, təhlükəsizlik riskləri olmayacaq. Belə olan halda Aİ missiyası avtomatik olaraq bölgəni tərk etməlidir: “Hazırkı reallıqlar göstərir ki, Ermənistan konstitusiyasını dəyişmək istəmir və bunda maraqlı deyil. Ermənistan konstitusional çərçivədə Azərbaycana qarşı iddialarını saxlamaq istəyir, regionda və dünyada hər hansı geosiyasi dəyişikliklərə ümid edir. Bu da sülh sazişinin imzalanmasını yubadır".

Sevinc,
BakuPost
Seçilən
22
bakupost.az

1Mənbələr