AZ

Pezşkianın müavini ekoloji problemlə bağlı xəbərdarlıq etdi

Hazırda ölkənin 11% ərazisi torpaq çökməsi problemi ilə üzləşib və bu artıq milli böhran hesab edilir.

Bunu İran Prezidenti Məsud Pezeşkianın müavini Məhəmmədrza Arif deyib.

O, bununla yanaşı ölkənin bataqlıq və sulaq ərazilərinin 43%-nin də  qurumaq və toz fırtınaları mənbəyinə çevirildiyini söyləyib.

"Ekoloji və təbii sərvətlərin vəziyyəti və ölkənin gələcəyi üçün ağlamaqdan başqa çarəmiz yoxdur",- Arif bildirib.

O, yaranmış vəziyyətə görə əvvəlki hökumətləri günahlandırıb.

Qeyd edək ki, Güney Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Urmu gölü ətrafındakı ərazilərdə torpaq çökməsi problemi daha təhlükəli hal alıb.

Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində torpaq çökməsi təhlükəsi artıb və hazırda bölgənin 140 kvadrat kilometr sahəsi bu ekoloji problemlə üzləşib.

Bir müddət əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr