AZ

FransaTrampa görə əzab çəkəcək - Le Pen

Fransa, ABŞ prezidenti seçilən Donald Trampın qalibiyyəti və hakimiyyətə gəlişi səbəbindən əzab çəkəcək.

Kommersant.az xəbər verir ki, bu sözləri Fransanın "Milli Birlik" parlament fraksiyasının lideri Marina Le Pen, İspaniyanın "El País" qəzetinə verdiyi müsahibədə bildirib.

Le Pen bildirib ki, "biz onun Trampın) ölkəsinin maraqlarını müdafiə etmək üçün etdiyi addımların nəticələrini çəkməliyik. Mən onu pisləyə bilmərəm, amma anlayıram ki, Amerikanın maraqları Fransa maraqları ilə ziddiyyət təşkil edə bilər."

Bundan əlavə, Le Pen qeyd edib ki, Fransa öz milli maraqlarını müdafiə edə bilmir, çünki ölkə siyasi və iqtisadi məsələlərdə Avropa İttifaqından (Aİ) asılıdır.

Seçilən
12
kommersant.az

1Mənbələr