Almaniya 2024-cü ildə silah ixracını artırıb
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Almaniya hökuməti bu il təxminən 13,2 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.
Beləliklə, il tamamlanmasa da, Almaniyanın 2024-cü ildə silah və hərbi texnika satışı rekordu qırıb.
Qeyd edək ki, Berlin administrasiyasının 2023-cü ildə silah və hərbi texnika satışındakı illik rekordu 12,13 milyard avro olub.