AZ

Azərbaycan Gürcüstan məhsullarının idxalını azaltdı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 126,2 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları tədarük edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul idxalında 4,3 % azalma qeydə alınıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,9 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda VI yeri tutub

İlk on bir ayda Gürcüstandan ümumilikdə dəyəri 6 milyard 010,9 milyon ABŞ dolları olan yerli məhsul ixrac edilib ki, bu da illik müqayisədə 7,9 % çoxdur.

Hesabat dövründə qonşu ölkədən ən çox ixrac olunmuş yerli məhsulların siyahısında ferroərintilər, təzə üzüm şərabı, mis filizləri və konsentratları, təbii, mineral və qazlı sular, spirtli içkilər, mineral gübrələr, qızıl, fındıq, qiymətli metal filizləri və konsentratları yer alıb.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
29
teleqraf.com

1phrase_var_article.sources