AZ

“Stasionar xəstələrdə psixi problemlərə ümumi yanaşma”

20 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Stasionar xəstələrdə psixi problemlərə ümumi yanaşma” mövzusunda seminar həyata keçiriləcəkdir. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Seminar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!

Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

phrase_var_article.chosen
40
sia.az

1phrase_var_article.sources