AZ

Qazaxıstan Suriya ilə bağlı Astana prosesini davam etdirməyə hazır olduğunu bildirib

Qazaxıstan İran, Rusiya və Türkiyə ilə birlikdə Suriya üzrə Astana formatında görüşlərin davam etdirilməsinə baxmağa hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev deyib.

"Astana prosesi Suriyadakı vəziyyətin sülh yolu ilə, diplomatik yolla həllini hədəfləyən bir prosesdir, bu çərçivədə olub və qalacaq. Əgər bundan sonra Astana prosesinə ehtiyac olarsa, təbii ki, bunu qiymətləndirəcəyik”, - deyə o bildirib.

Seçilən
7
operativmedia.az

1Mənbələr