AZ

Uzaqmənzilli raketlər Ermənistan göndərildi: Müharibə riski artır

Prezident İlham Əliyev ötən gün “Rossiya-1” televiziyasına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh razılaşması ilə bağlı aparılan danışıqlara toxunub. Burada əsas üzərində dayanılan məsələ Avropa İttifaqının (Aİ) Ermənistan ərazisindəki “missiyasının” bölgədən çıxarılması və qarşılıqlı iddialardan imtina ilə bağlıdır. Eyni zamanda ATƏT-in Minsk Qrupunundan imtina ilə bağlı Bakının tələbi var. Əslində, bir müddət öncə Nikol Paşinyan Minsk Qrupundan imtinanın mümkünlüyünü qeyd etmişdi.

Bu sözləri Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

“Yeganə problem isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmamasıdır. Digər məsələlərdə tərəflər arasında ümumi bir razılıq mövcuddur”, - deyə o söyləyib.

Politoloq hesab edir ki, yekun sülh sazişini heç də növbəti iki il gözləməyə ehtiyac qalmayacaq:

“İddia edilir ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsinə uyğun olaraq konstitusiyaya dəyişikliyinə gediləcək. Əslində, Paşinyan seçkini gözləmədən də bu məsələni həll edə bilər. Bunun müxtəlif yolları var. Parlament səsverməsi və referenduma çıxarılması kimi iki yoldan birini seçmək mümkündür”.

Elxan Şahinoğluna görə, ölkə başçısının ötən gün müsahibəsində qeyd etdiyi kimi sülh sazişi imzalansa, hər iki dövlət hərbi büdcənin xərclərini il-ildən artırmaz:

“Sözsüz ki, silahlanma bölgə üçün risklər yaradır. Ermənistan uzaqmənzilli raketlər alır. Eyni zamanda Paşinyan Ermənistan ordusuna tam nəzarət edə bilmir. Etiraf edib ki, orduda “5-ci kolon” var. Xarici kəşfiyyata tabe olan erməni zabitlər istənilən an təxribat törədə bilərlər. Azərbaycan üçün isə bu təxribatı kimin törətməsinin heç bir fərqi yoxdur. Ona görə də sülh sazişinin imzalanması toqquşma riskini artır”.


Müəllif: Tapdıq Qurbanlı
phrase_var_article.chosen
10
teleqraf.com

1phrase_var_article.sources