Bu gün açıqlanan milli komandaların FİFA reytinqində Azərbaycan yığmasının rəqiblərinin də mövqeləri bəlli olub.
İdman.biz xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində millimiz Fransa – Xorvatiya cütünün qalibi, həmçinin İslandiya və Ukrayna ilə mübarizə aparacaq.
Bu komandalar arasında ən güclüsü Fransadır. “Üçrənglilər” FİFA-nın cədvəlində 2-cidir.
1859,78 xala malik Didye Deşamın yetirmələri yalnız Argentinadan (1867,25) geri qalırlar. Bu isə o deməkdir ki, potensial rəqibimiz Avropanın bir nömrəsidir.
Hesabında 1691,59 xalı olan Xorvatiyada dünyada 13-cüdür. Ukrayna 1554,94 xalla 25-ci, İslandiya 1355,10 xalla 70-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, millimiz 1158,70 xalla 117-cidir.
İdman.biz