AZ

Livan lideri Ərdoğana: “Əvvəl Allaha, sonra sizə güvənirik”

Livanın keçdiyi tarix boyu Türkiyə hər çətin və mürəkkəb dövrdə dəstək verən ölkə olub.

Teleqraf.com xəbər verir ki, bunu Livan Baş naziri Nəcib Miqati Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Həmişə olduğu kimi biz hökumətinizin marağını gördük. Xüsusilə humanitar və siyasi kontekstdə İsrailin hücumlarına məruz qalanda göstərdiyiniz yardım və dəstək bizim üçün çox şey deməkdir”, - baş nazir bildirib.

Miqati Türkiyənin Livandakı bütün hadisələri yaxından izlədiyini qeyd edib.

“Sizin həm beynəlxalq miqyasda, həm regionumuzda, həm də ərəb ölkələri ilə çox geniş əlaqələr şəbəkəniz var. Bu kontekstdə, İsrailin hücumları nəticəsində zərər görən ölkələrə dəstək vermək üçün üzərinizə düşəni edəcəyinizə inanıram”.

Livan lideri ölkəsinin Suriya məsələsində də Türkiyə ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Miqati gələcəkdə həmrəylik və əməkdaşlıq üçün yeni qapıların açılacağını vurğulayıb:

“Livan iqtisadi, maliyyə və sosial mənada çox pis hesab oluna biləcək bir böhran yaşadı. Ancaq biz bunu öyrəndik ki, əvvəlcə Allaha, sonra Livanın dostlarına, xüsusilə Türkiyəyə güvənməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
14
teleqraf.com

1phrase_var_article.sources