AZ

Avtomobillər niyə yanır? VİDEO

Avtomobillərin anidən alışıb yanması halları adətən yay aylarında yüksək istilik və texniki nasazlıqlar nəticəsində baş verir. Amma, son zamanlarda bu cür  hallara şaxtalı havalarda da rast gəlinir. Sosial şəbəkələrdə yayılan görüntülərdə, şaxtalı havaya baxmayaraq alovun avtomobili necə bürüdüyü əks olunub.

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, sürücülər nəinki yayda, hətta qışda da belə xoşagəlməz hallarla bağlı diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, avtomobil sahibləri soyuq havalarda da mühərrik və elektrik sistemlərinin vəziyyətini mütəmadi olaraq yoxlamalıdırlar.

Dəniz Ağabəyli bildirir ki, sürücülər  avtomobillərinin salonlarına gizli işıqlar və hava çıxan yerlərə əlavə işıqlar quraşdıranda diqqətli olmalıdırlar. Əgər bu əlavələr zavod istehsalına uyğun deyilsə, avtomobillərə belə dəyişikliklərin edilməsi tövsiyə olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

phrase_var_article.chosen
17
2
xezerxeber.az

3phrase_var_article.sources