AZ

Adından 15 min manat kredit götürdülər, sonra isə… – VİDEO

Vətəndaşın telefonuna daxil olaraq adına 15 min manat kredit götürüblər.

Tribunainfo.az  xəbər verir ki, hadisə paytaxt sakini Aqil Babayevin başına gəlib. O bildirib ki, operator adından zəng edən dələduzlar, mobil internetin sürətini artırmağı vəd ediblər. Bu məqsədlə ondan bir neçə əməliyyat icra etməsini tələb ediblər.

Aqil Babayev deyir ki, telefon yenidən açılanda dələduzların qurbanına çevrildiyini anlayıb. Belə ki, onun adından online yol ilə 15 min manat kredit götürülüb. Həmin məbləği isə daha sonra öz hesablarına köçürüblər. Vətəndaş bununla bağlı banka da müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, problemlə əlaqədar Aqil Babayevin müraciəti artıq qeydə alınıb. Vətəndaşın müraciəti əsasında araşdırma aparılır və qanuna müvafiq tədbirlər görüləcək. /Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

phrase_var_article.chosen
36
5
tribunainfo.az

6phrase_var_article.sources