Bakı. Trend:
Tovuzda məktəbdə dəm qazından zəhərlənənlərin sayı və vəziyyətiməlum olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilibki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə19.02.2024 tarixində saat 11:00 radələrində Tovuz rayonu, AşağıQuşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazındankütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadalarıcəlb olunub.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz RayonuMərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcilivə təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucuxəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbixidmətlər göstərilir", deyə qurumdan əlavə edilib.