AZ

Ərəb ölkələri uğrunda rəqabət artıb  

"Suriyadakı hadisələr fonunda bölgənin ərəb ölkələrinin siyasəti diqqət mərkəzindədir. Çünki bu ölkələrin Suriyanın yenidən qurulmasında roluna ümid var".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Suriyanın qonşusu olan Türkiyənin bölgədə rolu daha çox artıb:

"Buna baxmayaraq, Suriyanın yenidən qurulmasında ərəb ölkələrinin maliyyəsinə ehtiyac olacaq. Bu arada, bölgənin ərəb ölkələri ilə əməkdaşlığı gücləndirmək istəyənlərin sayı da artıb.

Çin və Hindistan müxtəlif ölkələrlə yanaşı ərəb ölkələri ilə sıx əlaqələr qurur, ikitərəfli əməkdaşlıq məqsədilə fərqli sahələri əhatə edən müqavilələr imzalayırlar. Çin ərəb maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsinə çalışır. Bu ilim may ayında Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində çıxış edən Çin lideri Si Cinpin ölkəsinin neft, qaz, ticarət və infrastruktur, eləcə də investisiya və süni intellekt kimi başlıca sahələrdə ərəb ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib.

Hindistan Çindən geri qalmamağa çalışır. Hindistanın baş naziri Nanendra Modi də müxtəlif ərəb ölkələrinə səfərlər edərək ikitərəfli əməkdaşlığı gücləndirmək siyasətinə üstünlük verir. Narendra Modi həftə sonu Küveytə səfər edəcək və bu Hindistan baş nazirinin son 43 ildə Körfəz ölkəsinə ilk səfəri olacaq. Modinin bu ay Səudiyyə Ərəbistanına da səfər edəcəyi gözlənilirdi, ancaq səfər tarixinin dəqiqləşdirilməsində gecikmə səbəbindən bu səfərin gələn il baş tutacağı gözlənilir. Hazırda Küveyt Körfəz Əməkdaşlıq Şurasına sədrlik edir. Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya bu ayın əvvəlində Hindistana səfər etmişdi. Modi bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi. Maraqlıdır ki, Modi hakimiyyətə gəldiyi 2014-cü ildən bu yana Birləşmiş Ərəb Əmirliklərinə 7 dəfə səfər edib. Hindistan Birləşmiş Ərəb Əmirliklərininə əsas neft alıcısıdır. İki ölkə arasında ticarət mübadiləsinin həcminin 50 milyard dollardan 100 milyard dollara çatdırılması hədəflənib. Dehlinin bu ölkəyə marağı həm də Hindistan-Yaxın Şərq-Avropa marşrtutunun işə salınmasıyla əlaqəlidir. Ancaq Yaxın Şərqdəki son gərginlik bu layihənin reallaşmasını təxirə salıb. Çünki layihə üzrə dəmir və dəniz yolları Biriləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçməlidir.

Bu arada, Dubayda keçirilən konfransda Hindistanla Birləşmiş Ərəb Əmirlikləri arasında Hindistan icmasının bu ölkədəki rolundan danışılıb.  Birləşmiş Ərəb Əmirliklərində təxminən 4 milyon hindi yaşayır. Halbuki, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində cəmi 2.2 milyon hindli yaşayırdı".

 

Xalidə Gəray

Musavat.com

phrase_var_article.chosen
6
musavat.com

1phrase_var_article.sources