Bütövlükdə ordu haqqında təsəvvür bir çox aspektlərdə dəyişməlidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən yerli hökumətin iclasında səslənib.
“ Ordu həm də bizim siyasi və strateji çərçivəmizə, o cümlədən regional vəziyyətin məntiqinə və digər məsələlərlə yanaşı, sülh proqramına, o cümlədən, Ermənistanın siyasi və strateji çərçivəsinə uyğun olmalıdır. Ermənistan Respublikasının tək vəzifəsi beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaqdır”, - Nikol Paşinyan bildirib.
Ermənistan Baş naziri regional vəziyyət və sülh prosesinin hazırkı vəziyyəti haqqında bu gün müsahibə verəcəyini də söyləyib.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta