AZ

Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir - XİN-dən Fransa səfirinə cavab

Bakı. Trend:

Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətingöstəricilərindəndir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə FransanınAzərbaycandakı səfiri Anne Boillona "X" səhifəsindəki cavabındabildirib.

"Xanım səfir Anne Boillon hökumətin uğursuzluğunu ört-basdıretmək, uğursuz dövlətin göstəricilərindəndir. Fransanın xaricisiyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsigörünür ki, yeni üsuldur. Amma, bir daha bu strategiyanın doğrufaktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdənxəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın BakıdakıSəfirliyi yalnız Fransaya səfər üçün viza vermir", - deyə obildirib.

A.Hacızadə eyni zamanda real göstəriciləri də paylaşıb:

"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabrayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq,ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransavətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə605 nəfər)".

Məqalədə:
phrase_var_article.chosen
14
23
az.trend.az

10phrase_var_article.sources